Kuba Prezidenti Migel Diaz-Kanel Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Tahir Budaqovu qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kuba Prezidenti "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Yeni Azərbaycan Partiyasının sədr müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla səmimi görüşüm oldu. Fidel (Kastro - red.) və Heydər Əliyevin irsinə əsaslanaraq partiyalarımız, hökumətlərimiz və xalqlarımız arasında münasibətləri dərinləşdirməyi davam etdirməyə hazır olduğumu təsdiqlədim", - Kuba Prezidenti qeyd edib.
Bakı 



