Etirazçılar ABŞ prezidentinin administrasiyasının antidemokratik və qanunsuz hərəkətlərinə etiraz ediblər.
Bakıvaxtı.az “Associatel Press”ə istinadən xəbər verir ki, ABŞ-də Prezidentlər Günündə ölkənin bir sıra şəhərlərində ABŞ prezidenti Donald Tramp və Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Maska qarşı etiraz aksiyaları keçirilib.
Etirazlar əyalət paytaxtlarında və iri şəhərlərdə, o cümlədən Vaşinqton, Sietl, Orlando, Boston, Feniks və digərlərində keçirilib. Təşkilatçılar Tramp administrasiyasının antidemokratik və qeyri-qanuni hərəkətlərinə qarşı olduqlarını bildiriblər.
Etirazçılardan bəziləri əllərində “Prezidentlərin Günü deyil” və “Prezidentlər Günündə Krallar yoxdur” yazılmış lövhələr tutublar.
Gülşən Şərif