• Bakı 10° C

    16.22 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Ərdoğan bu həftə Putinlə telefon danışığı apara bilər

DÜNYA

20 Mart 2025 | 12:17

Ərdoğan bu həftə Putinlə telefon danışığı apara bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apara bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli və sülh danışıqlarının aparılması imkanlarının müzakirə olunduğu telefon söhbətindən sonra Ərdoğan Putinlə də danışa bilər.

Ərdoğan martın 16-da Trampla danışıb. Türkiyə liderinin administrasiyasının xəbər verdiyi kimi, o, Vaşinqtonun Ukraynadakı vəziyyəti həll etmək səylərini dəstəklədiyini bildirib.

Ankara Türkiyə və ABŞ prezidentləri arasında aparılan danışıqların nəticələrindən razıdır. Yerli media daha əvvəl Ərdoğanın aprel ayında ABŞ-a səfərinin mümkünlüyü barədə məlumat vermişdi, lakin xəbər hələlik təsdiqini tapmayıb.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025