• Bakı 16° C

    3.34 m/s

Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlanıb

HADİSƏ

12 Aprel 2025 | 10:52

Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlanıb

Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62x55 mm-lik mərmi, 2 ədəd 9x18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026