Ağcabədidə kişi özünü bankın qarşısında yandırıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, rayon sakini, 1971-ci il təvəllüdlü Yunus Məmmədov ötən gün rayon mərkəzində üzərinə yanıcı maddə tökərək yandırıb.
O, ərazidə xidmətdə olan polis əməkdaşlarının müdaxiləsi ilə xilas edilərək rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
















