• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

50 yaşlı kişi qadının evini yandırdı - VİDEO

HADİSƏ

05 Avqust 2022 | 16:07

50 yaşlı kişi qadının evini yandırdı - VİDEO

Avqustun 3-də İsmayıllıda qəsdən yanğın törətmə faktının üstü açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə baş verən yanğın FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.


SON XƏBƏRLƏR