• Bakı 7° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azyaşlı qız qaynar suda YANDI

HADİSƏ

06 Avqust 2022 | 09:31

Azyaşlı qız qaynar suda YANDI

5 yaşlı qız qaynar suda yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Zaqatala rayonunun Muxax kəndində baş verib.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü Dəmirova Xanım Bayram qızı evdə oynayan zaman ehtiyatsızlıqdan qaynar su olan qabın içinə düşüb.

Azyaşlı yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xanım Dəmirovaya xəstəxanada 2-3-cü dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026