• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi (YENİLƏNİB)

HADİSƏ

04 Sentyabr 2022 | 18:22

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi (YENİLƏNİB)

Bakı ş. Xətai rayonu Yeromenko küç.56 ünvanında 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib.

Bakıvaxtı.az FHN mətbuat xidmətinə istinadən bildirir ki, tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

*** 18:15

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai rayonu, Fəzail Bayramov 1156 ünvanındakı yaşayış binalarından birində qeydə alınıb.

Yanğın zamanı binanın bir bloku və bir neçə mənzil tüstüyə bürünüb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub və Binanın 5 sakini ərazidən təxliyə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil. (report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026