Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 81 yaşlı kişinin qətli barədə məlumat yayıb.
Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakıvaxtı.az xəbər verir kİ. apa-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin 21-ci mikrorayonunda fərdi yaşayış evində baş verib.
81 yaşlı Nadir Rzayevi öldürməkdə şübhəli bilinən 45 yaşlı Samir Abbasov onun evində usta işləyirmiş. Aralarında düşən mübahisə zamanı tərəflər bir-birini kobud ifadələrlə təhqir edib. Bu zaman S. Abbasov 81 yaşlı kişini küt alətlə vuraraq qətlə yetirib və meyitini həyətdə basdırıb.
***
10:02
Sumqayıtda itkin düşən kişinin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu il sentyabrın 14-də şəhər sakini 81 yaşlı Nadir Rzayevin itkin düşməsi barədə polis bölməsinə məlumat daxil olub. Həmin gündən etibarən polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat axtarış tədbirləri davam etdirilib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, tədbirlər nəticəsində dünən saat 19:00 radələrində onun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı binanın həyətində basdırılmış şəkildə tapılıb.
N.Rzayevi küt alətlə vuraraq qətlə yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Samir Abbasov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
















