• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qadın evinə qonaq getdiyi kişini bıçaqladı

HADİSƏ

03 Noyabr 2022 | 09:24

Qadın evinə qonaq getdiyi kişini bıçaqladı

Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Bukitayeva Yelena İvanovna evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Hacıyev Xəzər Rafi oğlu ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026