• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda ev yandı - Sakinlər təxliyə edildi

HADİSƏ

03 Dekabr 2022 | 09:17 | Müəllif: Subhan Mahmudov

Bakıda ev yandı - Sakinlər təxliyə edildi

Bakı şəhərinin Nizami rayonunda ev yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin 1 ədəd pəncərə çərçivəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş evdən 2 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR