• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Hərbçimiz Kəlbəcərdə MİNAYA DÜŞDÜ - YENİLƏNİB

HADİSƏ

05 Avqust 2022 | 21:05

Hərbçimiz Kəlbəcərdə MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Avqustun 05-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində  Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.

Kəlbəcər hərbi prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

20:50

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026