• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Ağcaqanadlara qarşı “kimyəvi kamuflyaj”

CƏMİYYƏT

07 Iyun 2023 | 12:54

Ağcaqanadlara qarşı “kimyəvi kamuflyaj”

Ağcaqanadlardan qorunmaq üçün yeni “kimyəvi kamuflyaj” maddəsi hazırlanıb. Bu "qovucu" ağcaqanadın insana yaxınlaşmasının qarşısını alır.

Bakıvaxtı.az xəbər verir ki, yay gələr-gəlməz, əhvalımızı dişləmələri ilə pozan ağcaqanadlar ətrafımızı əhatə etməyə başlayır. Ağcaqanad dişləmələri qaşınma və qızartı kimi narahatlıqlara səbəb ola bilsə də, əsas malyariya daşıyıcı növlərinin dişləmələri hər il dünyada yüz minlərlə insanı öldürür.

Ağcaqanad dişləmələri ilə mübarizə yollarını axtaran alimlər yeni növ “kimyəvi kamuflyaj” hazırlayıblar. İsraildəki İvrit Universitetinin alimləri tərəfindən aparılan araşdırmada hazırlanmış yeni növ ağcaqanad qovucu bir çox insanın qorxduğu bu milçəklərin dəriyə enməsini 99 faiz azaldır.

İvrit Universitetinin Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit Fakültəsindən aparıcı tədqiqatçı Dr. Jonathan Bohbot inkişaf etdirdikləri kimyəvi maddənin ağcaqanadları özünə çəkən qoxunun qarşısını aldığını bildirib: "Birincisi, sizi dişləyən ağcaqanadlara qarşı mexaniki qoruma təmin edir. İkincisi, bu sellüloza polimeri kimyəvi kamuflyaj rolunu oynayır".

Doktor Bohbotun sözlərinə görə, indiki anti-ağcaqanadlar ağcaqanadların dişləməsinin qarşısını alır. Yeni hazırlanmış qovucu isə ağcaqanadların insana yaxınlaşmasının qarşısını alır.

Yeni hazırlanmış qovucunun formulası iki təbii inqrediyentin birləşməsindən ibarətdir. Bunlardan biri indol çiçəklərdə olan ətir ekstraktı, digəri isə sellüloza adlı polimerdir. PNAS Nexus jurnalının aprel sayında dərc edilən araşdırma nəticələrinə görə, dəriyə nazik bir selüloz nanokristal təbəqəsi tətbiq edildikdə ağcaqanad dişləməsi 80 faiz azalır.

Ay Tac


SON XƏBƏRLƏR

23 Aprel 2024