“2000-ci ildən sonra inşa edilən və dövlət qeydiyyatından keçən tikililər istənilən balda baş verən zəlzələyə davamlıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, amma bina istismara veriləndən sonra yaşayış binasında dəyişiklik edilir.
"Bəzən binanın bir sütunu ləğv edilir. Bu isə binanın qəzalı vəziyyətə düşməsinə səbəb olur və burada yaşamaq təhlükəlidir”, - deyə E.Əsədov bildirib.
Ramid İbrahimov
















