• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Sürücülərin NƏZƏRİNƏ - “Vaz dairəsi”ndən “Sumqayıt dairəsi”nə qədər...

CƏMİYYƏT

07 Iyul 2023 | 12:06

Sürücülərin NƏZƏRİNƏ - “Vaz dairəsi”ndən “Sumqayıt dairəsi”nə qədər...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun “Vaz dairəsi” adlanan hissəsindən “Sumqayıt dairəsi” adlanan hissəsinə qədər hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, xətlərin yenilənməsi bir neçə gün davam edəcək.

Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etməyi tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026