“2020-ci ildə Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində tikinti sektorunda vergilər 4-5 dəfə artıb. Bu və digər hallar mənzillərin satış qiymətinə təsir edir”.
Bakıvaxtı.az xəbər verir ki, “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda keçirilən konfransda Milli Məclis deputatı Məşhur Məmmədov bildirib.
O qeyd edib ki, son illərdə torpağın maye dəyərinin dəfələrlə artması, tikinti materiallarının 60-70 faiz bahalaşması tikinti şirkətlərinin fəaliyyətini çətinləşdirib: “Biz alıcı ilə yanaşı satıcının da maraqlarını nəzərə almalıyıq.
Qiymətlərin bahalaşması tikinti şirkətlərinin iflas etməsinə səbəb olub”.
Ramid İbrahimov
















