• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Agentlikdən sürücülərə MÜRACİƏT

CƏMİYYƏT

25 May 2022 | 09:55

Agentlikdən sürücülərə MÜRACİƏT

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışır, avtomobil yolları, küçə və prospektlər nəzarət altında saxlanılır.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, belə ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə Agentliyin tabeliyində olan bütün Məhdud Məsuliyyətli Cəmiyyətlərin canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır vəziyyətə gətirilib.

Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemlə bağlı Agentliyin “Qaynar Xətt”i olan 012-599-79-75 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026