• Bakı 18° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Aİ ABŞ-nin texnologiya şirkətlərinə qarşı tədbirlər görəcək

DÜNYA

28 Mart 2025 | 10:07

Aİ ABŞ-nin texnologiya şirkətlərinə qarşı tədbirlər görəcək

Avropa İttifaqı (Aİ) Vaşinqtonun Avropa məhsullarına tətbiq etdiyi rüsumlara cavab olaraq ABŞ-dən xidmət ixracına, o cümlədən iri texnologiya şirkətlərinin əməliyyatlarına qarşı tədbirlər görməyi nəzərdən keçirir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, Vaşinqton martın 10-da polad və alüminium idxalına tariflər tətbiq etdikdən sonra Brüssel 26 milyard avroya yaxın məbləğdə ABŞ mallarına əlavə rüsumlar tətbiq edib. Lakin Avropa rəsmiləri və diplomatlarının sözlərinə görə, Tramp administrasiyasının fəaliyyətinin miqyası birliyin daha güclü ticarət alətlərindən istifadə etməsini tələb edəcək.

Cavab tədbirləri texnologiya nəhənglərinin əqli mülkiyyətinə məhdudiyyətləri, həmçinin üzv ölkələrin İlon Maskın “Starlink” peyk rabitə xidmətləri ilə bağlı müqavilələr bağlamasına qadağanı əhatə edə bilər. İtaliya artıq bu sistemdən istifadə məsələsini yenidən nəzərdən keçirir.


SON XƏBƏRLƏR

30 Mart 2025