• Bakı 27° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

 Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

SİYASƏT

10 Iyun 2025 | 11:46

 Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

Bu gün Brüsseldə ədalətli və rəqabətli “yaşıl keçid”ə nail olmaq barədə məsələlərin müzakirə olunacağı "Avropa Dayanıqlı Enerji Həftəsi 2025" (“EUSEW2025”) öz işinə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, həftə boyu Avropanın siyasi paytaxtında Avropa Komissiyasının təşkilatçılığı ilə müxtəlif tədbirlər, o cümlədən Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal konfransı keçiriləcək.

Konfransın iştirakçıları arasında energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də var. Eyni zamanda nazir konfransda çıxış edəcək.

Eyni zamanda, bu həftə P.Şahbazov və Avropa İttifaqının (Aİ) enerji üzrə komissarı Dan Yorgensen Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi çərçivəsində görüşəcəklər. Bu isə ənənəvi olaraq Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şuraları çərçivəsində keçirilən görüşün davamı olacaq.

Görüşdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı, həmçinin “təmiz enerji”yə keçid, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan emissiyaları sahəsində bir sıra məsələlər müzakirə olunacaq.


SON XƏBƏRLƏR

10 Iyun 2025