• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlığı müzakirə edib

SİYASƏT

10 Iyul 2025 | 09:55

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlığı müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında karbohidrogen sektorunda əməkdaşlıq müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirib.

“Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə Texniki Komissiyanın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrik stansiyasının istismara verilməsi, dənizdə 3,5 QVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq”, - deyə P.Ş ahbazov qeyd edib.


SON XƏBƏRLƏR