• Bakı 30° C

    10.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

TDT Azərbaycanla Ermənistan arasında Birgə Bəyannaməni alqışlayıb

SİYASƏT

09 Avqust 2025 | 09:09

TDT Azərbaycanla Ermənistan arasında Birgə Bəyannaməni alqışlayıb

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə ABŞ-də keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev “X”dəki səhifəsində yazıb.

“Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını və Birləşmiş Ştatların Prezidentinin şahid qismində imzalanmasını alqışlayıram.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəkləyirəm.

Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm mərhələdir”, - TDT-nin Baş katibi qeyd edib.

 


SON XƏBƏRLƏR