• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Aİ Məhkəməsi Le Peni 303 min avronu qaytarmağa məcbur edib

DÜNYA

16 Iyul 2025 | 17:20

Aİ Məhkəməsi Le Peni 303 min avronu qaytarmağa məcbur edib

Avropa Məhkəməsi Mari Le Pen və ailəsinin Avropa Parlamentinə qarşı iddiasını rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün oxunan Aİ Məhkəməsinin qərarında həmçinin Mari Le Penin atasının varislərinin məhkəmə xərclərini də ödəməsi tapşırılıb.

Avropa Məhkəməsi Avropa Parlamentinin Marin Le Penin atası və Fransanın ifrat sağçı hərəkatının görkəmli xadimi olan mərhum Jan-Mari Le Penin varislərindən 303.200,99 avro məbləğində vəsaitin tutulması tələbini yerinə yetirməyə göstəriş verib.

Avropa Parlamenti iddia edir ki, 35 il deputat işləmiş Le Pen parlament xərcləri üçün nəzərdə tutulmuş vəsaitləri şəxsi ehtiyacları üçün istifadə edib. Bu da büdcə ilə bağlı qaydaların pozulmasıdır.


SON XƏBƏRLƏR