• Bakı 24° C

    7 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Almaniya Ukrayna SQ-yə 1 milyard avrodan çox ianə ayırıb

DÜNYA

07 Iyul 2025 | 19:30

Almaniya Ukrayna SQ-yə 1 milyard avrodan çox ianə ayırıb

Almaniyanın Ukrayna Silahlı Qüvvələri üçün sursatla bağlı Çexiyanın təşəbbüsünə verdiyi töhfə 1 milyard avrodan çox olub.

Bakıvaxtı.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful çexiyalı həmkarı Yan Lipavski ilə danışıqlardan sonra Praqada keçirilən mətbuat konfransında bildirib.

“Çexiyanın silah-sursat təşəbbüsü çərçivəsində çox vacib təchizat təmin edib. Almaniya 1 milyard avrodan çox vəsait köçürüb. Təşəkkür edirəm, həmkarım! Bu, çox mühüm təşəbbüsdür”, - Vadeful Lipavskiyə müraciət edərək deyib.

Lipavski alman həmkarına bu ianəyə görə təşəkkür edərək əlavə edib ki, bu, təşəbbüsün startından bəri ən böyük töhfələrdən biridir.

Qeyd edək ki, Çexiya rəhbərliyinin təklifi ilə 2024-cü ilin yazından sursat təşəbbüsü çərçivəsində bir sıra Qərb ölkələrinin maliyyə iştirakı ilə üçüncü ölkələrdə əsasən iriçaplı artilleriya mərmiləri yığılır, sonra isə sursat Ukrayna Silahlı Qüvvələrinə göndərilir. Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, bu yolla 2024-cü ildə 1,5 milyondan çox artilleriya mərmisi toplanaraq Ukraynaya göndərilib.


SON XƏBƏRLƏR

07 Iyul 2025