• Bakı C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Mher Qriqoryan Avropa İttifaqının Ermənistandakı səfiri ilə görüşüb

DÜNYA

06 Avqust 2025 | 17:21

Mher Qriqoryan Avropa İttifaqının Ermənistandakı səfiri ilə görüşüb

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos ilə görüş keçirib.

Bakıvaxtı.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.

Məlumata görə, görüşdə Ermənistan-Aİ əməkdaşlıq gündəliyi və iyulda Brüssel və Lüksemburqda əldə olunan razılaşmaların icrası müzakirə olunub. Tərəflər regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Bildirilib ki, onlar iqtisadi əlaqələrin şaxələndirilməsinin və regionda davamlı inkişafın vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin, Aİ ilə viza rejiminin liberallaşdırılması istiqamətində aparılan danışıqlar da gündəmə gəlib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Dekabr 2025