Bu ilin iyun ayında qlobal çip satışı ötən ilin eyni ayı ilə müqayisədə 19,6% artaraq 59,91 milyard dollar təşkil edib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SİA) hesabatında yer alıb.
Hesabata görə, may ayı ilə müqayisədə artım 1,5% olub. İkinci rübdə tədarüklərin həcmi birinci rüblə müqayisədə 7,8% artaraq 179,7 milyard dollar təşkil edib.
Amerika qitəsində satışlar iyunda illik müqayisədə 24,1%, Çində 13,1%, Avropada 5,3%, Asiya-Sakit okean və digər regionlarda isə 34,2% artıb.
Yaponiyada 2,9% azalma qeydə alınıb. Həmçinin Şimali və Cənubi Amerikada çip satışı may ayı ilə müqayisədə 0,2%, Avropada 0,7%, Yaponiyada isə 1,7% azalıb.
Eyni zamanda, Çinə tədarüklər 0,8%, Asiya Sakit Okean regionuna isə 5,8% artıb.
Qeyd edək ki, SIA Amerika yarımkeçirici sənayesinin təxminən 99%-ni və digər ölkələrin çip istehsalçılarının təxminən 66%-ni təmsil edir.
Gülşən Şərif