• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Tramp Hindistan məhsullarına əlavə rüsum TƏTBİQ ETDİ

DÜNYA

06 Avqust 2025 | 18:36 | Müəllif: Subhan Mahmudov

Tramp Hindistan məhsullarına əlavə rüsum TƏTBİQ ETDİ

Tramp Rusiyadan neft almaqda davam etdiyi üçün Hindistan məhsullarının idxalına daha 25% rüsum tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş ABŞ prezidentinin sərəncamında deyilir.

Prezident administrasiyasından bildirilib ki, Hindistana qarşı tətbiq edilən tarif Rusiya neftini idxal edən digər ölkələrə də şamil edilə bilər.

Qeyd edək ki, Hindistan məhsullarına əlavə 25%-lik gömrük tarifinin tətbiqi qərarı Trampın xüsusi nümayəndəsi Stiven Uitkofun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən az sonra verilib. Görünür Ağ Ev danışıqların nəticəsindən razı qalmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026