Ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 15.420 cinayət qeydə alınıb və onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub, 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2025-ci ilin 6 ayı ilə müqayisədə ümumi cinayətlər 8,6, ağır və xüsusilə ağır cinayətlər 6,5, mülkiyyət əleyhinə olanlar 15,3, onlardan oğurluqlar 11,5, dələduzluqlar 16,8, soyğunçuluqlar 8,8, quldurluqlar 44,2, hədə-qorxu ilə tələb etmələr 10,5, habelə xuliqanlıqlar 12,5, yetkinlik yaşına çatmayanların cinayətləri 15,3, ailə münaqişəsi zəminində törədilənlər 3,5, qrup halında baş verənlər 16,6 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 3 fakt, yol-nəqliyyat hadisələrinin sayı 7,6 faiz, qəzalarda xəsarət alanların sayı 19 faiz, həlak olanların sayı 9 faiz azalıb.
Cinayətlərin açılması 1,1 faiz, qeyri-aşkar şəraitdə törədilənlərin açılması 2,5 faiz, mülkiyyət əleyhinə olanların açılması 4,4 faiz, onlardan oğurluqların açılması 10,7 faiz, dələduzluqların açılması 1,2 faiz yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3.013 cinayət açılıb, eləcə də 4.474 hüquqazidd əməlin qarşısı alınıb. Müxtəlif cinayətlər törətmiş 6.887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4.282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub. Axtarış işinin nəticələri 3 faiz yaxşılaşaraq 82,7 faizə yüksəlib.
Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda 3.088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.
Bakı 



