• Bakı 15° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Ana Ermənistan" müxalifət blokunun qərargahında axtarış aparılır

DÜNYA

27 Mart 2025 | 10:55

Ana Ermənistan müxalifət blokunun qərargahında axtarış aparılır

Ermənistanın hüquq-mühafizə orqanları Gümrüdə "Ana Ermənistan" müxalifət blokunun ofisində axtarışlar aparır.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə blokun mətbuat xidməti məlumat yayıb.

"Hazırda polis və Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrüdə "Ana Ermənistan" blokunun ofisində axtarış apararaq işimizə mane olurlar", - məlumatda bildirilib.

Bundan başqa, blokun təşkilati məsələlərlə məşğul olan təmsilçilərindən biri Ara Voskanyanın evində də axtarışlar aparılıb.

Blok bu axtarışları hakimiyyətin şəhərin Ağsaqqallar Şurasına seçkilərdə iştirak edən müxalif qüvvəyə qarşı hücumu kimi qiymətləndirib.


SON XƏBƏRLƏR

29 Mart 2025