• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Ankaradan XƏBƏRDARLIQ: Məqsədimiz sabit Suriyanı görməkdir

DÜNYA

29 Avqust 2024 | 14:59

Ankaradan XƏBƏRDARLIQ: Məqsədimiz sabit Suriyanı görməkdir

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyadakı mövcud Bəşər Əsəd rejiminə cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

O, bildirib ki, Türkiyənin Suriyadakı mövcudluğu bu dövlətin ərazi bütövlüyünün qorunması və orada terror dəhlizinin yaranmasının qarşısının alınması ilə bağlıdır: “Biz terror təşkilatlarının at oynatdığı yox, demokratik, sabit Suriya görmək istəyirik. Prezidentimiz hər cür dialoqa hazır olduğunu bildirib. Bizim Suriya ilə bağlı mövqeyimiz konkretdir”.

Qeyd edək ki, daha əvvəl B.Əsəd Türkiyə ilə dialoqdan imtina etdiyini bildirmişdi.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024