• Bakı 28° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

"Apple" "WhatsApp" və digər proqramlarda Siri yaradacaq

DÜNYA

11 Avqust 2025 | 11:42

Apple WhatsApp və digər proqramlarda Siri yaradacaq

"Apple" bir sıra məşhur üçüncü tərəf proqramları, o cümlədən "WhatsApp", "Uber", "AllTrails", "Threads", "Temu", "Amazon", YouTube və Facebook ilə qarşılıqlı əlaqə qura bilən Sirinin yenilənmiş versiyasını sınaqdan keçirir.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Sirinin yeni imkanları istifadəçilərə səsli əmrlərdən istifadə edərək proqram funksiyalarını tam idarə etməyə imkan verəcək. 

Xüsusilə, ekrana toxunmadan şəkil tapmaq və redaktə etmək, "Instagram"da şərh yazmaq, alış-veriş proqramında səbətə əşya əlavə etmək, hətta xidmətə daxil olmaq mümkün olacaq. Siri proqramlarla istifadəçinin özü qədər dəqiq şəkildə qarşılıqlı əlaqə qura biləcək və onların interfeysləri daxilində birbaşa işləyə biləcək.

Yenilənmiş Siri "Apple Intelligence" texnologiyalarına və təkmilləşdirilmiş "App Intents" sisteminə əsaslanır. Yeni Siri ekranda baş verənlərdən xəbərdar olacaq və tətbiqlər üzərində daha dərin nəzarətə malik olacaq. Bu funksiyalar "iPhone", "iPad", "Mac"da mövcud olacaq və həmçinin "Apple Vision Pro"da genişləndiriləcək.

Üçüncü tərəf xidmətlərinə əlavə olaraq, "Apple" yeni Sirini öz tətbiqləri ilə sınaqdan keçirməyə davam edir. 

Yeni Sirinin 2026-cı ilin yazına qədər iOS 26.4, iPadOS 26.4, macOS 26.4 və visionOS 26.4 yeniləmələrinin bir hissəsi olacaq. 

Gülşən Şərif


SON XƏBƏRLƏR