• Bakı 25° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

NASA bu gün kritik kəşfini elan edəcək

DÜNYA

10 Sentyabr 2025 | 11:21

NASA bu gün kritik kəşfini elan edəcək

NASA Marsda Perseverance rover tərəfindən toplanmış əsas qaya nümunəsinin analizinin nəticələrini dərc etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən nümunə Qırmızı Planetdə həyatın mümkünlüyünə dair ipucu verə bilər.

Məlumata görə, "Safir kanyonu" adlanan bu qaya parçası 2024-cü ilin iyul ayında Jezero kraterinin yaxınlığındakı Neretva vadisində toplanıb.

Mütəxəssislər bu nümunənin Marsın geoloji tarixinə işıq sala biləcəyinə inanırlar.

NASA bu gün ABŞ vaxtı ilə saat 11:00-da mətbuat konfransı keçirəcək. Əldə edilən məlumatlar tədbirdə vizuallarla birlikdə ictimaiyyətə açıqlanacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR

09 Sentyabr 2025