Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Dohada HƏMAS-ın danışıqlar qrupuna hücumunu sərt şəkildə qınayıb.
Bakıvaxtı.az bu barədə "TRT Haber"-ə istinadla xəbər verir.
O, hücumun Qətərin suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə həm Fələstin xalqının, həm də strateji tərəfdaşı və dostu olan Qətərin yanındadır.
Türkiyə lideri vurğulayıb ki, terrorizmi dövlət siyasəti edənlər heç vaxt məqsədlərinə çatmayacaqlar.
Prezident onu da əlavə edib ki, Türkiyə bölgədə sülhü, beynəlxalq hüququ və Fələstin xalqının azadlığını müdafiə etməyə davam edəcək.
Əli Hüseynov