• Bakı C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı MÜHÜM QƏRAR

DÜNYA

07 Fevral 2025 | 09:25

Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı MÜHÜM QƏRAR

Argentina hökuməti 18 yaşından kiçik şəxslərin cinsiyyətin dəyişdirilməsi üzrə əməliyyat keçirmələrinə, eləcə də onlara hormonal terapiya təyin etməyə qadağan qoyan qərar qəbul edib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Argentinanın Prezident Administrasiyasının spikeri Manuel Adorni deyib: "Milli hökumət gender kimliyi haqqında qanunu dəyişmək və 18 yaşından kiçik uşaqlarda bədənin uyğunlaşdırılması üzrə hormonal müalicə və əməliyyatı qadağan etmək qərarına gəlib".

M.Adorni söyləyib ki, bu cür müdaxilə həm fiziki, həm də psixoloji sağlamlıq üçün ciddi risk törədir: "Bir çox halda prosedur və əməliyyatların nəticələri bərpa olunmaz olur".


SON XƏBƏRLƏR

20 Mart 2025