• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Atalanta"nın baş məşqçisi xəstəxanaya yerləşdirildi

İDMAN

15 Iyul 2025 | 15:28 | Müəllif: Gülşən Şərif

"Atalanta"nın baş məşqçisi xəstəxanaya yerləşdirildi

İtaliyanın "Atalanta" klubunun baş məşqçisi İvan Yuriç yuxarı tənəffüs yollarının iltihabı səbəbindən xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssisin hazırda özünü yaxşı hiss etdiyi və tezliklə xəstəxanadan evə buraxılacağı qeyd edilir.

50 yaşlı məşqçi iyulun 6-da Can Pyero Qasperinini əvəzləyərək "Atalanta"nın sükanı arxasına keçib.

Xatırladaq ki, İvan Yuriç ötən mövsüm İngiltərənin "Sautgempton" komandasına rəhbərlik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR