• Bakı 21° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

“Autizm erkən uşaqlıq dövründə başlayır və davamlı xarakter daşıyır” - Psixoloq

CƏMİYYƏT

07 Oktyabr 2025 | 11:48

“Autizm erkən uşaqlıq dövründə başlayır və davamlı xarakter daşıyır” - Psixoloq

“Autizm erkən uşaqlıq dövründə özünü göstərməli, davamlı xarakter daşımalı və gündəlik həyatı məhdudlaşdırmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün keçirilən maarifləndirici təlimdə kliniki psixoloq Milana Həsənova səsləndirib.

O bildirib ki, autizm əlamətləri adətən sıfırdan üç yaşa qədər olan dövrdə özünü büruzə verir:

“Bəzən valideynlər düşünür ki, uşaqda hər şey qaydasındadır, lakin sonradan – məsələn, altı yaşında – onlara autizm diaqnozu qoyulur. Əslində isə bu, mümkün deyil. Yüzdə yüz halda həmin əlamətlər əvvəldən mövcud olur”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Oktyabr 2025