Xəbər verdiyimiz kimi, “Temu”nun bir müddətdir endirim kartlarını ləğv etməsi ilə bağlı iddialar mövcud idi.
Bakıvaxtı.az-ın Milli.az-a istinadən məlumatına görə, gündəlik endirim kartları müştərilərə təqdim olunmur. Bundan əlavə, artıq zədələnmiş məhsullara görə də “Temu” endirim etmir.
Bir neçə müştəri zədələnmiş məhsula görə pul itirdiyini qeyd edib. Bildirilir ki, “Temu” geri ödənişlə bağlı qaydaları sərtləşdirib və yaxın zamanda çatdırılmanı pullu etməyi planlaşdırır.
Məsələ ilə bağlı “Temu”nun Azərbaycandakı sözçüsü olan Viva kommunikasiya agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, şirkət Azərbaycanda çatdırılma və ya geri qaytarma siyasətində heç bir dəyişiklik etməyib:
“Müştərilər pulsuz standart göndərmə və 90 günlük geri qaytarma siyasətindən istifadə etməyə davam edə bilərlər".
Qeyd olunub ki, mövcud promolar, bonuslar və ya xidmət təfərrüatları barədə ən dəqiq və aktual məlumat üçün istifadəçilərə TEMU tətbiqinə müraciət etmələri və ya birbaşa müştəri xidmətləri komandası ilə əlaqə saxlamaları tövsiyə olunur.
Əli Hüseynov
***
02.11, 14:16
Temu bir müddətdir ki, endirim kartlarını ləğv edib.
Bakıvaxtı.az-ın məlumatına görə gündəlik endirim kartları müştərilərə təqdim olunmur.
Bundan əlavə, artıq zədələnmiş məhsula görə də Temu endirim etmir. Artıq bir neçə müştəri zədələnmiş məhsula görə pul itirdiyini qeyd edir. Belə ki, Temu geri ödənişlə bağlı qaydaları tam sərtləşdirib, çatdırılmanı isə pullu etməyi planlayır./Milli.az
















