• Bakı 13° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Vəkillər və mediatorlar üçün sosial sığorta haqları artırılır

CƏMİYYƏT

06 Noyabr 2025 | 11:04

Vəkillər və mediatorlar üçün sosial sığorta haqları artırılır

Vəkillər və mediatorlar üçün sosial sığorta haqları artırılır

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqları ödəyəcəklər.

Xatırladaq ki, hazırda qüvvədə olan “Sosial sığorta haqqında” qanuna görə Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqları ödəyirlər.


SON XƏBƏRLƏR

05 Noyabr 2025