Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edib. Aparılan araşdırmaların nəticəsində onun işində bir sıra idarəetmə və nizam-intizam qaydalarının pozulduğu müəyyənləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, məhz bu səbəbdən, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən "şiddətli töhmət" intizam tənbehi tətbiq olunub.
Qeyd edək ki, bu qərar son dövrlər təhsil sahəsində nizam-intizamın gücləndirilməsi istiqamətində atılan tədbirlər fonunda verilmiş ən sərt inzibati addımlardan biri kimi qiymətləndirilir.
İdarə rəhbərliyinin sözlərinə görə, təhsil sektorunda vəzifə səlahiyyətlərinin sui-istifadəsi və vəzifə məsuliyyətinə laqeyd yanaşma halları yolverilməz hesab edilir.
Bakı 



