• Bakı 19° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

AvroLiqada 1/8 finala çıxan bütün klubların ADLARI - FOTO

İDMAN

23 Fevral 2024 | 09:10

AvroLiqada 1/8 finala çıxan bütün klubların ADLARI - FOTO

UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, cavab oyunlarından sonra 1/8 finala vəsiqə qazanan 8 komanda bəlli olub.

"Qarabağ" klubu Azərbaycan futbolsevərlərinə qələbə bəxş edərək növbəti mərhələyə adlayıb.

Türkiyədəki ilk matçda Praqa "Sparta"sına 3:2 hesabı ilə qalib gələn "Qalatasaray" səfərdə rəqibinə 1:3 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb.

"Qarabağ" və Çexiyanın "Sparta" klubu ilə yanaşı, İtaliyanın "Milan", Portuqaliyanın "Benfika" və "Sportinq", Almaniyanın "Frayburq", Fransanın "Marsel" və İtaliyanın "Roma" klubları da1/8 finala yüksəliblər.

Bu komandalar növbəti raundda İtaliyanın "Atalanta", İngiltərənin "Brayton", "Liverpul" və "Vest Hem", Almaniyanın "Bayer", Şotlandiyanın "Reyncers", Çexiyanın "Slaviya" (Praqa) və İspaniyanın "Vilyarreal" kollektivlərinə qoşulacaqlar.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025