• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Neftçi” “Spartak” oyunu ləğv olunub

İDMAN

23 Mart 2024 | 16:57

“Neftçi” “Spartak” oyunu ləğv olunub

“Neftçi” ilə Moskva “Spartak” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, matç Rusiya klubunun xahişi ilə ləğv olunub.

Buna səbəb Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı nəticəsində çox sayda insanın həlak olmasıdır.

“Neftçi” PFK baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib.

Həmçinin klubdan bildirilib ki, oyun üçün alınmış biletlər geri qaytarılacaq.

Qeyd edək ki, "Neftçi" - "Spartak" matçı bu gün, saat 18:00-da "Neftçi Arena"da keçirilməliydi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026