• Bakı 22° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Azərbaycanın üç boksçusu 1/4 finala vəsiqə qazandı

İDMAN

22 Aprel 2024 | 00:05

Azərbaycanın üç boksçusu 1/4 finala vəsiqə qazandı

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin 3 üzvü mərhələ adlayıb.

Nəbi İsgəndərov (67 kiloqram) 1/8 final çərçivəsində fransalı Huqo Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29, 29:28) hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. İsgəndərov 1/4 finalda ilk mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə gələcək.

Malik Həsənov (63,5 kiloqram) da çıxışını qələbə ilə başa vurub. O, 1/8 finalda U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı Oyer İbarriçeni 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə döyüşəcək.

Sərxan Əliyev (71 kiloqram) isə 1/8 finalda Makkiver Euqenlə (İrlandiya) münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə sayəsində mərhələ adlayıb. O, ikinci qarşılaşmasında Esgerxan Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri aprelin 24-də olacaq.


SON XƏBƏRLƏR