Rusiyanın çimərlik voleybolu üzrə gənclərdən ibarət millisinin və “Zareçye” klubunun üzvü Arina Mixaylina 21 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hələ ki, idmançının ölüm səbəbi açıqlanmayıb.
Arina Mixaylina 2018-ci ildə 17 yaşadək qızlar arasında Rusiya çempionatının qalibi olub. 2019-cu ildə isə tələbələr arasında Spartakiadanın bürünc medalını qazanıb.