• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Kəpəz" "Sabah"a məğlub oldu

İDMAN

21 Aprel 2024 | 19:40

Kəpəz Sabaha məğlub oldu

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində "Kəpəz" "Sabah"la üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda gəncəlilər 1:2 hesabı ilə uduzub.

Paytaxt təmsilçisinin heyətində hesabı 12-ci dəqiqədə Kahim Parris açıb. 34-cü dəqiqədə isə İshak Belfodil komandasının üstünlüyünü iki topa çatdırıb.

"Sarı-göylər"in heyətində Olavale Onanuqanın 61-ci dəqiqədə vurduğu qol yekun nəticəni təyin edib - 1:2.

Qeyd edək ki, tura "Araz-Naxçıvan" - Səbail" görüşü ilə yekun vurulacaq.


SON XƏBƏRLƏR

26 Iyul 2024