• Bakı 18° C

    12.93 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Tiaqu Silva “Fluminense”yə dönə bilər

İDMAN

22 Aprel 2024 | 16:02

Tiaqu Silva “Fluminense”yə dönə bilər

İngiltərənin “Çelsi” klubunun braziliyalı müdafiəçisi Tiaqu Silva “Fluminense”yə dönə bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı oyunçunun London klubu ilə müqavilə müddəti iyunda başa çatacaq.

Bildirilib ki, o, 2006-2009-cu illərdə çıxış etdiyi sabiq klubuna azad agent kimi transfer olunacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündən “Çelsi”də çıxış edən Tiaqu Silva 149 oyunda meydana çıxıb və 9 qola imza atıb.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025