Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olacaq.
Bakıvaxtı.az xəbər verir ki, finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.