Rusiya və Paraqvay milliləri arasında keçiriləcək yoldaşlıq oyunu ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) saytı məlumat yayıb .
“RFU və Paraqvay Futbol Assosiasiyası yoldaşlıq görüşünü ləğv etmək qərarına gəlib. Tərəflər görüşün başqa vaxt keçirilə biləcəyi ilə bağlı razılığa gəliblər”.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin “Krokus”da baş verən faciə ilə əlaqədar martın 23 və 24-də Moskvada keçirilən bütün kütləvi tədbirləri ləğv edib.
Mina Mikayılova
















