• Bakı 18° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Anxel Di Mariya əfsanəvi Maradonanı qabaqlayıb

İDMAN

23 Mart 2024 | 14:15

Anxel Di Mariya əfsanəvi Maradonanı qabaqlayıb

Argentina millisinin futbolçusu Anxel Di Mariya məhsuldar ötürmə sayında əfsanəvi Dieqo Maradonanı qabaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, yarımmüdafiəçi buna Salvador millisi ilə yoldaşlıq matçında nail olub.

36 yaşlı vinger 27 məhsuldar ötürmə ilə Maradonanı geridə qoyaraq Argentina tarixində bu göstəricidə ən yaxşı ikinci oyunçu olub. Mərhum Maradonada bu göstərici 26-ya bərabər idi.

Millidə məhsuldar ötürmələrin sayına görə Lionel Messi liderdir. O, Argentinanın heyətində 54 assistə imza atıb.

Qeyd edək ki, Argentina millisi Salvador yığması ilə matçda 0:3 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR