• Bakı 16° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Avstraliyada tullantılar üçün yeni brend yaradılır

MÜSAHİBƏ

07 Dekabr 2021 | 00:54

Avstraliyada tullantılar üçün yeni brend yaradılır

Avstraliya hökuməti vətəndaşları təkrar emala daha çox diqqət yetirməyə və təkrar emal qabiliyyətini artırmağa təşviq etmək üçün “Redesigned in Australia” (Avstraliyada yenidən dizayn edilib) adlı yeni brend yaradır.

Bakıvaxtı.az xəbər veir ki, bu barədə ölkənin baş nazir Skott Morrison bildirib:

“Tullantılarımıza görə məsuliyyəti öz üzərimizə götürürük və onları başqasının probleminə çevirərək xaricə göndərməyi dayandırırıq. Tullantıların təkrar emalı milli prioritetə çevriləcək, həm istehlakçılara, həm də istehsalçılara təkrar emal edilmiş materiallardan istifadənin faydalarını görməyə kömək edəcək”.

Morrison Sidneydə jurnalistlərə açıqlamasında bildirib ki, “Redesigned in Australia” brendi düzgün iş gördüyümüz, səylərimizlə ətraf mühiti qoruduğu və yeni iş yerləri açdığı üçün hamımızda qürur hissi yaradacaq.

Avstraliyanın ətraf mühit naziri Syuzan Linin sözlərinə görə, tullantıların təkrar emalı üzrə milli proqramın genişləndirilməsi təbiətə mənfi təsirləri azaltmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının inkişafına təkan verəcək.


SON XƏBƏRLƏR