Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Milax kəndi ərazisində qeydə alınıb. Milax və Teyvaz kəndləri arasında olan körpüdən avtomobilin aşması nəticəsində 1988-ci il təvəllüdlü, Teyvaz kənd sakini Həşimov Orxan Həsənqulu oğlu xəsarət alıb. /APA















