• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda binada PARTLAYIŞ: Ölən və yaralananlar var - VİDEO -YENİLƏNİB

HADİSƏ

10 May 2023 | 08:40 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda binada PARTLAYIŞ: Ölən və yaralananlar var - VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az FHN-nin saytına istinadla xəbər verir.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dağıntı altından bir nəfərin cəsədi çıxarılıb, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

01:20

Bakı şəhərinin Sabunçu rayonunda binada partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində Orxan adlı şəxs ölüb, bir neçə nəfər isə yaralanıb..


Bakıda binada PARTLAYIŞ: Ölən və yaralananlar var - VİDEO -YENİLƏNİBBakıda binada PARTLAYIŞ: Ölən və yaralananlar var - VİDEO -YENİLƏNİBBakıda binada PARTLAYIŞ: Ölən və yaralananlar var - VİDEO -YENİLƏNİBBakıda binada PARTLAYIŞ: Ölən və yaralananlar var - VİDEO -YENİLƏNİBBakıda binada PARTLAYIŞ: Ölən və yaralananlar var - VİDEO -YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026